Çayda boğulan şəxsə yardım etmək istəyən gənc faciəvi halda ölüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Afrika əsilli Folajimi Adevole adlı şəxs Temza çayında boğularaq qışqıran qadını xilas etmək üçün London körpüsündən çaya tullanıb. Qadını xilas edən adam özü boğularaq həyatını itirib. Polislər Folajiminin cəsədini qadının xilas edilməsindən altı saat sonra tapıblar.
Hadisədən təsirlənən 150 mindən çox insan Folajimi üçün xatirə lövhəsi qurulmasına görə imza toplayıblar.
Məhəmməd Tağıyev