|
|
|
|

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin (LDU) müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev 525.az-a bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.
"Yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaq", - nazirlik nümayəndəsi qeyd edib.
Xatırladaq ki, sosial şəbəkədə LDU-nun müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.



