Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi NASA üçüncü dəfə yeni kosmik gəmi “Artemis”in buraxılışının təxirə salındığı açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Son Apollon missiyasından 50 il sonra NASA-nın Aya gedəcək yeni kosmik gəmisi “Artemis”in buraxılışı növbəti dəfə təxirə salınıb. Keçən həftə iki gecikmədən sonra “Artemis”in Floridadakı "Cape Canaveral" bazasından Bakı vaxtı ilə saat 22:00-da buraxılması planlaşdırılırdı. Lakin əvvəl də olduğu kimi, hidrogen çənindəki sızma aradan qaldırıla bilmədiyi üçün “Artemis”in işə salınması mümkün olmadı. Onun görəcəyi işlərdən biri isə xüsusi proqram ilə bəzi ağac toxumlarını Aya daşınamaq olacaq. Bu toxumların kosmos şəraitində böyüməsi müşahidə ediləcək.
Qeyd edək ki, NASA rəhbərliyi “Artemis”in nə vaxt işə salınacağı ilə bağlı heç bir açıqlama verməyib.
Məhəmməd Tağıyev