Meksikada Popokatepetl vulkanında yeni püskürmə və zəlzələ baş verib. Vulkan nəticəsində ətrafa daş və çınqıl düşmə ehtimalı olduğu üçün vətəndaşlara xəbərdarlıq edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzinin (CENAPRED) verdiyi yazılı açıqlamaya görə, bu səhər yerli vaxtla saat 07:20-də Popokatepetl vulkanında püskürmə baş verib. Son 24 saat ərzində 44 dəqiqə davam edən zəlzələ, 34 dəfə qaz və toz püskürməsi qeydə alınıb. Ətrafdakı yaşayış massivlərindəki sakinlərdən kül və yağışla müşayiət olunan sel sularına qarşı ehtiyatlı olmaları tövsiyə olunub.
Qeyd edək ki, son dəfə avqustun 30-da püskürən Popokatepetl vulkanı bundan əvvəl yanvarda üç, martda bir dəfə püskürüb. Son bir ildə isə səkkiz dəfə aktiv olub.
Məhəmməd Tağıyev