Yaponiyanın Kobe şəhəri yaxınlığında pilot qayığın dalğaqırana çırpılıb.
525.az "The Japan Times"a istinadən xəbər verir ki, Meriken Parkı sahillərində pilot qayıq naməlum səbəbdən dalğaqıranla toqquşub. Yerli vaxtla saat 04:00 radələrində baş verən qəzada 5 ekipaj üzvündən ikisinin həyatını itirdiyi, üçünün isə yaralandığı açıqlanıb. Ön hissəsi ciddi zədələnən qayıq yedək qoşularaq limana aparılıb.
Qeyd edək ki, Yaponiya Sahil Mühafizəsi qəzanın səbəbini müəyyən etmək üçün ətraflı araşdırmaya başlayıb.
Məhəmməd Tağıyev