|
|
|
|
Ömrümüzün sarayından gündə bir kərpic düşərkən illər əvvəlin bugünündə nələrin baş verdiyini bilirsiniz?
525.az olaraq sizin üçün tarixdə bu gün baş verən ən yaddaqalan hadisələri topladıq.
24 sentyabr 1957. "Kamp nou" stadionunun açılışından 65 il keçir.
65 il əvvəlin bu günündə İspaniyanın Barselona şəhərində dünyanın 10 ən baxımlı stadionlarından birinin açılışı həyata keçirilib. Açılışın şərəfinə stadionda baş tutan ilk oyun “Barselona” ilə Polşa “Legiya”sı arasında yoldaşlıq görüşü olub. Matç 4:2 hesabı ilə kataloniyalıların xeyrinə başa çatıb. Yeni stadionun tarixində ilk qolu "Barselona"nın futbolçusu Eulogio Martinez vurub.
24 sentyabr 1999. "Şerlok Holmesin" heykəlinin açılışından 23 il keçir.
23 il əvvəl bu gün Londonun Beyker-stritində Şerlok Holmsun abidəsi açılıb. Amma personajın ilk heykəli 1988-ci ildə Meiringendə (İsveçrə), növbəti heykəli Karuizavada (Yaponiya) açılıb. 1991-ci ildə Edinburqda (Konan Doylun doğulduğu yer) Picardy Place-də tuncdan Holms heykəli quraşdırılıb.
Malik Atilay