|
|
|
|

İkinci Dünya Müharibəsindən bəri Rusiya ilə Yaponiya arasında münaqişənin davam etdiyi Kuril adaları silsiləsindəki Habomay və Şikotan adaları Ukrayna parlamentində Yaponiya ərazisi kimi qəbul edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna parlamentinin yaydığı bəyanata görə, parlamentdə Rusiyanın öz ərazisi hesab etdiyi Yaponiyanın şimal bölgələrinin mülkiyyətinə dair beynəlxalq ictimaiyyətə çağırış müzakirə olunub.
Parlamentin sədri Ruslan Stefançukun da daxil olduğu bir qrup deputat bu çağırış əsasında hazırlanan qanun layihəsini dəstəkləyib. "Nəzərə alaq ki, keçmiş SSRİ 1945-ci ilin avqust-sentyabr aylarında Yaponiyanın Şimal ərazisini heç bir hüquqi əsas olmadan qeyri-qanuni işğal edib və 1949-cu ilə qədər bütün Yaponiya vətəndaşlarını bu ərazilərdən zorla çıxarıb”, - deyə məlumatda bildirilir.
Malik Atilay



