|
|
|
|

Avstriyanın hazırkı dövlət başçısı Aleksandr Van der Bellen prezident seçkilərində 54,6% səs toplayıb və ilk turda qalib gəlmək şansı var.
525.az "Report"a istinadən xəbər verir ki, bu barədə ORF telekanalı seçki bülletenlərinin emalının ilk nəticələrinə istinadən məlumat yayıb.
Van der Bellen 50%-dən çox səs toplasa, ilk turda qalib gələcək.
Onu sağçı Avstriya Azadlıq Partiyasının namizədi Valter Rosenkranz (18,9%) və müstəqil namizəd Tassilo Valentin (8,5%) izləyir.



