|
|
|
|

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrell paytaxt Kiyev başda olmaqla Ukraynaya qarşı hücumlarla bağlı sosial media hesabından açıqlama verib.
525.az xəbər verir ki, Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Rusiyanın Kiyev və digər şəhərlərdə dinc sakinlərə hücumlarının onu dərindən sarsıtdığını bildirib və “21-ci əsrdə belə hərəkətlərə yer yoxdur. Hücumları ən sərt şəkildə qınayıram. Biz Ukraynanın yanındayıq. Aİ-dən əlavə hərbi dəstək yoldadır”, - deyə əlavə edib.
Onu da qeyd edək ki, Afrika turunda olan Ukrayna xarici işlər naziri Dmitri Kuleba verdiyi açıqlamada Afrika turunu ölkədəki vəziyyət ilə bağlı yarımçıq saxlayaraq dərhal Ukraynaya dönəcəyini bildirib.
Sevil Seymur



