|
|
|
|

«Ermənistan 30 il ərzində bizə qarşı xeyli sayda cinayətlər edib. Bütün bu hadisələr xalqımızın qan yaddaşıdır».
525.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib. Ekspert bildirib ki, tarixdə belə bütün dövlətlər törətdiyi cinayətlərə görə, hüquqi, siyasi, mənəvi məsuliyyət daşıyıblar:”İlk növbədə biz Ermənistandan gözləyirik ki, etdiyi cinayətləri qəbul etsin və məsuliyyətini daşısın. Ermənistan Azərbaycana qarşı xeyli hərbi cinayətlər törədib. Bu cinayətlər də hazırda gedən sülh prosesinə mane olur. Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe göstərir. Ermənistan etdiyi cinayətləri qəbul edərsə, iki ölkə arasında gedən sülh danışıqlarına tövhə verər”
Sevinc Qarayeva



