|
|
|
|

“Azərbaycan xalçaçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda xalça sənətinin inkişafına dəstək” layihəsinə başlayıb.
Layihə ilə bağlı İctimai Birliyin sədri, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevanın rəhbərliyi ilə İdarə Heyətinin üzvləri – Eldar Hacıyev, Mehriban Əliyeva, Bədirə Əliyeva, Elmira Qasımova, Şəhla Əsgərova, Gülşən Hüseynova, üzvlərdən Adil Məmmədov, Səma Əmirova, Məhbubə Məmmədova, Günel Aslanova, Rauf Umudov, Timur Qavrin tərəfindən xüsusi proqram hazırlanıb və 6 bölgə üzrə hər tədbirdə mədəni irsimizin canlı nümunəsi xalça sənətinə qədim və müasir baxışın gənclər arasında təşviqi həyata keçirilməkdədir.
Bu münasibətlə layihənin icraçı qrupu oktyabrın 11-də Bərdə şəhərində olub. Səfər zamanı Bərdə Rayon İcra Hakimiyyətində, Bərdə Regional Mədəniyyət İdarəsində görüşlər keçirilib. Rəsm Qalereyasında baş tutan tədbir Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə açıq elan olunub.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova İctimai Birlik üzvlərini və qonaqları salamlayaraq milli mədəni irsimizin nümunəsi kimi xalça sənətinin qorunub saxlanılmasının əhəmiyyətindən danışıb.
Tədbirdə “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvləri ilə yanaşı, Bərdə Regional Mədəniyyət İdarəsinin, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının, Bərdə rayon Mədəniyyət Mərkəzi, Mollalı kənd Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, 105 nömrəli Bərdə Peşə Liseyinin müəllim və tələbələri, Gənclərin Karyera Mərkəzinin əməkdaşları iştirak ediblər.
Tədbirdə Günel Aslanova regionlarda xalça sənətinin inkişafının əhəmiyyətindən, layihənin iqtisadi və sosial tərəflərindən söz açıb. Azərbaycan xalça sənətinin mühüm qolu olan Qarabağ xalça mərkəzinin tərkibinə daxil edilmiş Bərdə rayonunun Ləmbəran, Seyid Yusifli, Quşçular, Kürdlər, Xoruzlu və Çələbilər kəndlərində qədim zamanlardan bəri xovlu və xovsuz xalçaların, xalça məmulatının hazırlandığını, bölgənin ən məşhur xalça çeşnilərindən olan “Çələbi” xalçaları, “Həmyan”, “Saya cecim”, “Obagəzər” adlı ipək cecimlərın, vərnilərin bütün Qafqazda məşhur olduğunu vurğulayıb. Bu sənəti davam etdirməyin, ona müasir ruh gətirməklə gənclər arasında bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının İB-nin qarşısında duran əsas vəzifələrdən olduğunu bildirib.
İctimai Birliyin üzvü Mehriban Əliyevanın sessiya iştirakçılarına keçdiyi Ustad dərsi keçə sənətinin qədim olduğu qədər, müasir zamanda da öz əhəmiyyətini qoruyub saxlamasını bir daha sübut edib. Qonaqlar ustaddan öyrənərək keçədən müxtəlif məmulatların hazırlanması prosesini həm izləyib, həm də onun iştirakçısına çevriliblər.
Tədbir boyu iştirakçılar onları maraqlandıran sualları səsləndirib, xalça sənətinin gənclər arasında təbliği istiqamətində qarşıya çıxan problemlərdən söz açıblar. Onlar fikirlərini əhatəli sorğu vərəqələrində qeyd ediblər. Onlara problemlər və onların həlli istiqamətində İB-də müzakirələrin aparılacağı, əsas məqsədi mədəni irsimizi qoruyub, yaşatmaq, təbliğ etmək olan birliyin gənclərimizi dəstəkləmək məqsədilə layihənin sonunda müvafiq addımlar atacağı bildirilib.
Qeyd edək ki, “Azərbaycan xalçaçıları” İctimai Birliyi 2010-cu ildə dövlət qeydiyyatına alınmış, 2012-ci ildən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması” Beynəlxalq Konvensiyasının Hökumətlərarası Komitəsində akkreditasiya olunub. Bu platformadan uğurla istifadə edən İB, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə yerli və beynəlxalq miqyasda tədbirlərini davam etdirməkdədir.
“Regionlarda xalça sənətinin inkişafına dəstək” layihəsi çərçivəsində Bərdə şəhərində tədbir keçirilib