|
|
|
|

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov: "Rusiya Qərbin Ukrayna problemində artan müdaxiləsinə qarşı lazımi tədbirləri görəcək, ABŞ və NATO ilə birbaşa qarşıdurma Moskvanın marağında deyil", - deyib.
525.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Kiyev administrasiyasını birbaşa dəstəkləyən Qərb ölkələrinə mesaj göndərib. Ukraynaya verilən dəstəkdən bəhs edən Ryabkov: "Ukraynaya Qərbin yardımları, muzdluları, təlimləri, kəşfiyyatı, peyk görüntüləri və strateji silahları birbaşa olaraq Qərbi bu müharibəyə cəlb edir. ABŞ və Avropa dövlətlərinin liderləri Rusiyanı döyüş meydanında məğlub etməyə çağırırlar. Rusiya asimmetrik olmaqla yanaşı tədbirlər görməli olacaq"- deyərək, Qərb ölkələrinin Ukraynaya daha çox müdaxiləsinin qarşısını almaq üçün tədbir görəcəklərini bəyan edib.
Məhəmməd Tağıyev



