|
|
|
|
Almaniya 2-ci Bundesliqada oynanan Hamburq derbisində "Sankt. Pauli" və "Hamburq" futbol komandaları arasındakı matçdan əvvəl polisin azarkeşlərə güc tətbiq etdiyi görüntülərinin ortaya çıxmasından sonra bir polis məmuru haqqında istintaq başladılıb.
525.az xəbər verir ki, "Twitter" də paylaşılan görüntülərdə polis tərəfdarı yerə yıxaraq “zərərsizləşdirmək” üçün sərt müdaxilə edir. Qadın polis kişi polis əməkdaşının köməyi ilə orta yaşlı tərəfdarını yerə yıxaraq yumruğu ilə böyrəyinə, dirsəyi ilə başına dəfələrlə zərbə endirib. Zorakılıq səhnələri internetdə yayıldıqdan sonra polis ölkədə tənqidlərə məruz qalıb. Polis vəhşiliyi ittihamlarından sonra Hamburq polisi açıqlama verib. Üzləri bağlı olan azarkeşlərin bir- biriləri ilə dalaşmasının qarşısını almaq məqsədi ilə bu cür hərəkət etdiyini bildirən polis, azarkeşlərdə soyuq silah olduğunu irəli sürüb.
Məhəmməd Tağıyev