|
|
|
|
İspaniyanın Tarraqona şəhərində restoranda baş verən partlayış nəticəsində 2-si ağır olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb.
525.az "Murciatoday"ə istinadən xəbər verir ki, İspaniyanın Tarraqona şəhərindəki yapon restoranında naməlum səbəblərdən partlayış baş verib. Partlayışın yerli vaxtla saat 16:00-da restoranın bağlandığı vaxt baş verdiyi, 2-si ağır olmaqla 7 nəfərin yaralandığı bildirilib.
Tarraqona meri Pau Rikoma verdiyi açıqlamada yaralananlar arasında yoldan keçən iki nəfərin də olduğunu bildirib: "Partlayışın nədən baş verdiyi məlum deyil, ancaq qazla bağlı olduğu demək olar ki, dəqiqdir". Yaralılar müalicə üçün xəstəxanaya aparılarkən, polis partlayışla əlaqədar araşdırma başladıb.
Məhəmməd Tağıyev