Almaniyanın dördüncü ən qədim zooparkının terrarium qurğusunun yüksək enerji xərcləri səbəbindən bağlanacağı açıqlanıb.
525.az xəbər verir ki, Drezden zooparkından verilən açıqlamada davamlı olaraq 28 dərəcədə qızdırılması lazım olan obyektdəki terrariumun enerji xərclərinin artıq qarşılana bilməyəcəyi bildirilib. Açıqlamada 1861-ci ildə inşa edilən zooparkın terrarium qurğusunun artıq enerji xərclərinin yüksək olması səbəbindən bağlanacağı deyilib. Rəsmilər bağlanma qərarının zümrüd kərtənkələləri, Avstraliya şirin su timsahları və ilanlarına təsir edəcəyini açıqlayıb.
Qeyd edək ki, 2023-cü ildə oranqutan evinin tikintisi tamamlanana qədər terrariumun bağlanmayacağı, tikinti tamamlandıqdan sonra isə terrariumda yaşayan canlıların oranqutan evinə köçürüləcəyi planlaşdırılırdı.
Məhəmməd Tağıyev