Ağ Ev elan edib ki, Moskva administrasiyası İranda Məhsa Əmini etirazlarını yatırtmaq üçün Tehrana məsləhət verə bilər.
525.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında "İran və Rusiyanın etirazlara müdaxilə tərzində oxşarlıqlara" diqqət çəkib. Hər iki ölkənin etirazçıları yatırmaqla onları susdurmağa çalışdığına işarə edən Jean-Pierre: "Moskvanın İrandakı etirazların yatırılmasında İrana "ən yaxşı üsullarını" tövsiyə etməsindən narahatıq", - deyib.
Jean-Pierre, "İran və Rusiya nə qədər təcrid olunarsa, bir o qədər də yaxınlaşırlar. İrana mesajımız aydındır: Ukraynalıları öldürmək üçün öz xalqınızı öldürməyi və Rusiyaya silah göndərməyi dayandırın", deyə Ağ Evin sözçüsü çağırış edib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi: "Biz bilirik ki, Rusiya etirazçıları sıxışdırmaq üçün İrana hansısa şəkildə kömək etməyi düşünür", - deyib. Kirbi həmçinin bildirib ki, Rusiyanın Ukraynaya qarşı hər hansı nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur.
Məhəmməd Tağıyev