Avropa İttifaqı (Aİ) mülki şəxslərin quldur dəstələrinin əlinə keçməsinin və qaçaqmalçılıq yolu ilə silah daşınmasının qarşısını almaq üçün mülki əhaliyə odlu silah satışını yenidən təşkil etməyi təklif edib.
525.az xəbər verir ki, Aİ Komissiyasının verdiyi açıqlamaya görə, yeni tənzimləmə təklifi ilə mülki şəxslər üçün odlu silahların idxalı, ixracı və tranzit ticarətində daha açıq və ümumi prosedurlar tətbiq ediləcək.
Odlu silah istehsalçıları və satıcıları üçün idxal və ixrac icazəsinə görə müraciət etmələri üçün yeni elektron lisenziya sistemi yaradılacaq. Sistem məlumat mübadiləsini təklif edən Aİ ölkələrinin ümumi gömrük sisteminə inteqrasiya olunacaq.
Malik Atilay