Hər il yayda İranda hicabla bağlı kampaniya keçirilir. Hakimiyyətinin tətbiq etdiyi qaydaları pozanlar cəzalandırılır.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, Tehranda polis şəhər küçələrdə, yeməkxanalarda, avtomobillərdə və başqa ictimai yerlərdə oruc tutmayanlara qarşı əməliyyat tədbirləri keçirməyə başlayıb.
Polis keçirdiyi reydlər zamanı küçə və parklarda yemək yeyən, avtomobil dayanacaqlarında siqaret çəkən yüzlərlə vətəndaşı saxlayaraq, onlara xəbərdarlıq edib, bəzilərini isə polis bölmələrinə aparıb.
Asayiş keşikçiləri hazır yeməklər satan yüzlərlə dükana baxış keçirərək, müştərilərə sendviç və başqa bu sayaq hazır yemək satan mağaza sahiblərini cərimələyib, bəzi dükanları bağlayıb.
Polis bu kampaniyanın Orucluq ayının sonunadək davam etdirəcəyi bildirilib.