ABŞ İraqdakı səfirliyinin təhlükəsizliyini möhkəmləndirmək və ölkədəki vətəndaşlarını qorumaq üçün İraqa əlavə 200 əsgər göndərib.
Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama Senata məktubunda qeyd edib. Məktubda qeyd olunub, Konqresin üzvlərini, İraqdakı səfirliyin təhlükəsizliyini artırmaq, ABŞ vətəndaşlarını qorumaq və Bağdad beynəlxalq hava limanının təhlükəsizliyini gücləndirmək üçün İraqa əlavə 200 əsgər göndərilib.
Məlumata görə, Amerika əsgərləri təhlükəsizlik barəsində hər hansı bir ehtiyac qalmayana qədər İraqda qalacaq.
Qeyd edək ki, daha əvvəl ABŞ tərəfi Bağdadda xüsusi əməliyyat qurmaq üçün 90 nəfərdən ibarət bir qrup göndərib.