|
|
|
|
İyulun 1-dən 30-dək "Baku Creative Center"in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Nar Mobile" mobil operatorunun baş sponsorluğu ilə "Azerbaijan Art Festival - 2014" layihəsi keçiriləcək. "Baku Creative Center"dən verilən məlumata görə, layihə turne şəklində Azərbaycanın bölgələri üzrə icra ediləcək. Turne ardıcıl olaraq Astara, Lerik, Yardımlı, Lənkaran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonlarını əhatə edəcək və bu regionlarda sərgilər və rəssamlar tərəfindən ustad təşkil olunacaq.
Bu ilki festivalın özəlliyi onun interaktivliyindədir. Rəssamlarla insanların bir-biri ilə daha yaxın və asan ünsiyyət qurması məqsədilə "Azerbaijan Art Festival - 2014" layihəsində ustad dərsləri sərgi zamanı keçiriləcək.
"Azerbaija Art Festival - 2014" layihəsinin iştirakçıları Novruz Məmmədov, Fərəc Rəhmanov, Erkin Ələkbərli, Lamiyə Mehdiyeva, Gülnarə Kuzukova olacaq. Layihənin açılışı münasibətilə iyulun 1-də Bakı Biznes Mərkəzində mətbuat konfransı keçiriləcək.
S.ABDULLAYEVA



