Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, Oqtay Şahmalıyev TTTYS-nın baş həkim müavini təyin edilib. O, ötən ilin dekabrında Respublika Diaqnostika Mərkəzinə direktor müavini təyin edilmişdi. O. Şahmalıyev Lent.az-a açıqlamasında yeni təyinatını təsdiqləyib: “Mən ötən ay yenidən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş həkimin müavini təyin edilmişəm”.