“Aprelin sonundan etibarən 22 nəfərin ilan sancması ilə bağlı təcili tibbi yardıma müraciət edilib”.
Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. O qeyd edib ki, həmin şəxslərdən 20 nəfəri xəstəxana yerləşdirilib.
“32 nəfəri həşərat sancıb. Onlardan da 18 nəfəri xəstəxanaya yerləşdirilib” - deyə, O. Şahmalıyev əlavə edib.