Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Lent.az-a “Azəriqaz”dan məlumat verilib.
Qaz nəqli sistemində quraşdırma işlərinin aparılması, qaz ölçü qovşağının yenidən qurulması, mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi və siyirtmənin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 16:00-dək Suraxanı, saat 18:00-dək Qəbələ rayonuna, Xəzər rayonunun bir hissəsinə, həmçinin işlər başa çatanadək Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.