Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin I və IV qruplarının abituriyentlərinə müraciət edib.
Komissiyadan Lent.az-a verilən məlumata görə, iyulun 12-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər (cari ilin məzunları) "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.