|
|
|
|

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərar verib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən siyahıya Müdafiə Nazirliyi üzrə bölmə daxil edilib.
Bu bölməyə Silahlı Qüvvələrin Hərbi Akademiyası daxildir. Silahlı Qüvvələrin Hərbi Akademiyasında fəlsəfə doktoru və elmlər doktoru üzrə təhsil veriləcək.



