Litvalı prodüser Aleksandr Brokas və amerikalı prodüser Cerald Rafşunun ərsəyə gətirdikləri, Xocalı soyqırımından bəhs edən “Endless Corridor” (“Sonsuz dəhliz”) adlı sənədli filmin Londonda keçirilmiş premyerası ilə bağlı informasiya dünyanın 345 onlayn xəbər portalında, o cümlədən maliyyə və Hollivud saytlarında yayılıb.
Onlar arasında “Hollywood Industry” portalını, “The Wall Street Journal’s MarketWatch” informasiya xidmətini, “Boston Globe”, “The International Business Times” qəzetlərini və 50 milyondan çox oxucusu olan “Yahoo Finance” portalını qeyd etmək olar.
Xatırladaq ki, filmin premyerası iyulun 1-də Londonda, Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin premyerasında olub.