Ermənistanın müdafiə nazirinin kabinetində və ölkənin ən böyük hərbi hospitalı olan Muratsanda bomba həyəcanı yaşanıb.
APA TV-nin Ermənistanın Iragir.am saytına istinadən verdiyi xəbərə görə, Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinə ard-arda iki məlumat daxil olub. Hər iki məkanda axtarış aparıldıqdan sonra məlumatların doğru olmadığı ortaya çıxıb.
Məlumata görə, kimlərinsə müdafiə naziri Seyran Ohanyanla şəxsi ədavəti var. Bunu bu yaxınlarda Ohanyan Moskvadan qayıdarkən onun olduğu təyyarədə qəza baş verməsi də təsdiqləyir.