|
|
|
|
(Əvvəli ötən şənbə sayımızda)
“Tarix soruşur ki, adam vicdanlıdırmı?
Adam təmənnasızdırmı?
Adam mərdliyə malikdirmi?
Adam seçiciyə malikdirmi?”
Amerikada bu gün az sayda dövlət xadimi vardır ki, onlar belə dəqiq və aydın ölçü ilə Corc U.Norrisin verdiyi suallara müsbət cavab versin.
IX
Robert A.Taft
“...Fərdi azadlıq adamın öz fikirləri barədə düşünməsidir. . .”
Ohayonun axırıncı senatoru Robert A.Taft heç vaxt Birləşmiş Ştatların Prezidenti olmamışdır. Bunda da onun şəxsi faciəsi öz ifadəsini tapır. Bunda da onun milli böyüklüyü öz ifadəsini tapır.
Çünki Prezidentlik Bob Taftın bütün Senatorluq karyerası boyu can atdığı məqsəd idi, keçmiş Prezidentin oğlunun bu ambitsiyası daim özünün həyata keçməsini arzu edirdi. Bir onillikdən artıq müddətdə Respublikaçılar fəlsəfəsinin aparıcı nümayəndəsi olmaqla, “mister Respublikaçı” hətta namizədliyi əldə etməyin özündə belə üç müxtəlif hadisəyə görə uğursuzluğa uğradı.
Lakin Robert A.Taft həmçinin elə adam idi ki, inandığı təməl prinsipləri həyata keçirməyi tezləşdirməkdə ilişib qalmışdı – və bu fundamental prinsiplər mübahisəli məsələ olanda, hətta Ağ Evə heç şirniklənməyəndə də və ya onun namizədliyinə xətər toxundurmaq imkanları yarandıqda, o, bunlar barədə danışmağını belə kəsmişdi. O, bacarıqlı siyasətçi idi, lakin bir hadisədə o, siyasətçi mövqeyinə uyğun olmayanı müdafiə etmək barədə danışmağı seçdi, elə güman etdi ki, bu ambitsiyalar öz təsdiqini tapacaqdır. Buna baxmayaraq o, parlaq siyasi analitik idi. Bilirdi ki, onun həyatı boyu siyasi fəlsəfəsinin fundamental ehkamları ilə razılaşan müəyyən sayda Amerikan seçiciləri parlament azlığı olmaq taleyinə yiyələnəcəklər və dəstəyin yeni blokunun tərifinə layiq olacaqlar – bu vaxt Taftın potensial seçicilərini əhatə edən istənilən qrup yadlardan qayğıkeşliklə təmizlənəcəkdir – hətta o, daim ümid etdiyi məqsədə çatmayacaqdır. Həm də o, dəfələrlə özünün analizlərinin məsləhət gördüyü tam təmkinlilik küləklərinə atılmışdı, hansı qrupa boyun əyməkdən, istənilən məsələdə dinməzliyə riayət etməkdən imtina etmişdi.
Senatda Bob Taftın karyerası Con Kvinsi Adamsda olduğu kimi, populyarlıqla prinsip arasında daim döyüşün getməsi deyildi; o, Tomas Hart Benton kimi öz vicdanlılığını müdafiə etmək üçün mübarizə aparmırdı. Prinsipləri adətən onu belə nəticəyə gətirib çıxarırdı ki, seçicilərinin və siyasi tərəfdarlarının böyük hissəsi onu dəstəkləməyə hazırdır. Bəzi təsadüflərdə siyasi davranışı siyasi ambitsiyalarını əks etdirməsinə baxmayaraq, əksər fundamental məsələlərdə populyarlıq onun üçün yol göstərən deyildi. Əməyin idarə olunması ilə əlaqədar Taft-Harley Aktı sənayeləşmiş Ohayoda ona çox səs gətirmədi, çünki həmkarlar ittifaqlarının fəaliyyətində onun yüyənlərini təsdiq edənlər onsuz da Taftın tərəfdarları idilər; lakin Senata 1950-ci il seçki kampaniyası ərzində Ohayonun həmkarlar ittifaqlarından qəzəbli anti-Taft məzəmmətləri gəlirdi və bu belə bir inamı qidalandırırdı ki, Taft Prezident rəqabətində qalib gələ bilməz, bu inam isə 1952-ci ildə onun namizəd göstərilməsi şansına öz təsirini göstərdi. Ancaq eyni zamanda o, Taft-Harley Aktının dostları ilə ziddiyyətə girdi və özünün Respublikaçılar partiyasındakı liderliyinə təhsil, mənzil, səhiyyə və digər rifah tədbirlərini dəstəklədiyinə görə təhlükə yaratdı.
Onun ənənəvi mövqeyindən açıqca uzaqlaşanlar şok yaratdılar, onlar dərk etmirdilər ki, Taftın konservatizmi güclü praqmatizm gərginliyini daşıyır, bu da onu məcbur edir ki, inamına görə özəl sahibkarlıq sisteminin adekvat qaydada xidmət göstərmədiyi zonalarda federal fəaliyyətin intensivliyini dəstəkləsin. Taft inanırdı ki, bu, konservativ doktrinaya daxil deyildir; konservatizm, onun rəyinə görə, məsuliyyətsiz olmaq demək deyildir – beləliklə o, konservativ fəlsəfəyə yeni ölçülər verirdi; nüfuzu və qüvvəsi ən aşağı səviyyəyə çatanda o, bu inamda ilişib qalmışdı və onu geri, məsuliyyət və hörmət səviyyəsinə aparırdı. O, qeyri-adi lider idi, çünki natiqlik və kəlmə düzəltməyin zərif sənətinə yiyələnməmişdi, partiya xəttinə də özünü kor-koranə həsr edə bilmirdi (buna baxmayaraq, özü onu diqtə edirdi) və siyasətçinin əks mövqelərdən və məsələlərdən özünü qorumaq kimi təbii instinktə də malik deyildi.
Lakin o, siyasi liderdən, “Mister Respublikaçıdan” daha artıq idi. O, daim Taft idi – və beləcə “Mister Vicdanlılıq” idi. Senatorun babası Alfonso Taft 1830-cu ildə vəkil praktikası ilə məşğul olmaq üçün Qərbə köçmüşdü, öz atasına yazmışdı ki, “sənin Nyu-Yorkda tapa bildiyin böyük insan kütləsinin bədnam eqoizmi və şərəfsizliyi, mənim düşüncəmə görə, burada məskunlaşmaq üçün ciddi maneədir”. Və Senatorun atası Uilyam Houard Taft (ABŞ prezidenti olan vaxt – tərcüməçi) Pinçotun, Ruzveltin (söhbət Teodor Ruzveltdən gedir – tərcüməçi) və öz partiyasının proqressiv elementlərinin aşıb daşan müxalifətinə qarşı öz daxili işlər katibi Ballinceri müdafiə etdiyinə görə siyasi igidliyin və siyasi təhqirin nə olduğunu bilmişdi.
Ona görə də Bob Taft, öz tərcümeyi-halçısının təsvir etdiyi kimi, “vicdanlılıq üçün doğulmuşdu”. O, Senatda sazişi heç vaxt pozmayan adam kimi tanınırdı, heç vaxt özünün dərindən hiss etdiyi Respublikaçı prinsiplərində kompromissə getmirdi, heç vaxt siyasi yalandan istifadə etmirdi. Onun ən acı siyasi düşməni olan Harri Trumen Senator vəfat edəndə deyəcəkdi: “Onunla mən ictimai siyasətdə heç vaxt razılaşmırdım, lakin o, mənim harada dayandığımı bilirdi və mən də onun harada dayandığını bilirdim. Biz Senator Taft kimi intellektual cəhətdən vicdanlı adamlara möhtacıq”. Onun qərəzsizlik nümunələri nəhayətsiz və təəccüblü idi. Ohayolu bir dəfə özəyində Respublikaçı ferma ərazisi olan qrupa dedi ki, ferma qiymətləri çox yüksəkdir; və o, deyirdi ki, “indiyədək başqa bir ferma qrupu vardır ki, onların adamlarının kadillaklarda (o dövrün ən bahalı maşın markası, ABŞ-da avtomobil sənayesinin mərkəzi sayılan Detroyt şəhərinin banisinin şərəfinə bu adı daşıyır – tərcüməçi) gəzmələrini görməkdən yorulmuşam”. Geniş federal mənzil tikintisi proqramına dəstək verməsi, öz kolleqasına bu sözləri deməsinə səbəb olmuşdu: “Mən eşidirəm ki, sosialistlər Bob Taftı ələ almışdır”. O, Taft tərəfindən imzalanmış izah messajına aludə olan mühüm siyasi tərəfdarına məlumat vermişdi ki, onun köməkçisi “düjinlə bu şeyləri göndərmişdir”, bunsuz da Senator görürdü ki, öz imzaladıqlarından bu çox azdır. Və o, kolleqasına xəbər verdi ki, öz dostlarının ideyalarını birbaşa rədd etmişdir; lakin soyuqqanlılıqla və tərəddüdsüz olaraq onları “boş şey” adlandırmışdı. Uilyam S.Uayt yazmışdı: “O, niyyətin aydın qərəzsizliyinə malikdir, bütünlüklə qərəzsizliyə həsr olunmasa da, zalda bunu qeyri-adi dərəcədə təzələyirdi”.
Belə nəticə çıxarmaq səhv olardı ki, Senator Taft özünün şəxsi əlaqələrində soyuq münasibət göstərən və kəskin idi. Senatda və Senatın Əmək Komitəsində həyatının son aylarında onunla qısa müddətli birgə xidmətimizdən mən yalnız təəccübümü və onun qeyri-adi şəxsi məlahəti barədə yaranan güclü təəssüratını və üslubunun tərkisilah edici sadəliyini qeyd edə bilərəm. Bu elə keyfiyyətlər idi ki, azalmayan igidliklə birləşməklə, onları bütün həyatı boyu və xüsusən də ömrünün son günlərində göstərmişdi, həm də bunlar öz tərəfdarlarını ona qırılmaz tellərlə bağlamışdı.
Güman ki, biz həm də vaxt etibarilə Senator Taftın karyerasındakı əks elementlərə elə yaxınıq ki, tarixi perspektivdə onun həyatına qadir ola bilərik. Bu adam güclü sərt düşmənlərini ilhamlandıran kimi, öz ardıcıllarını da güclü surətdə özünə həsr olunmağa sövq edirdi. Bu, bir çox illər keçdikdən sonra daha yaxşı mühakimə yürütməyə imkan verəcəkdir, illər kifayət edəcəkdir ki, çox sayda siyasi və qanunvericilik döyüşlərini müsbət həll etmək mümkün olsun, beləliklə biz öz zamanımızı daha aydın şəkildə qiymətləndirə biləcəyik.
Lakin 1946-cı ildən kifayət qədər bir vaxt keçdi ki, Senator Taftın həmin ildəki mərdlik hərəkətlərinə olan baxışlardan bəzi şeyləri ayırmağa qadir olaq. Deniel Uebster və ya Edmund Rossun hərəkətlərinə bənzəməyərək, bu, heç də tarixi dəyişdirmədi. Con Kvinsi Adamsın və ya Tomas Bentonunkulara da bənzəməyərək, bu, onun Senatdan uzaqlaşmasına gətirib çıxarmadı. Əvvəlki təsvir edilən igidlik faktlarının çoxuna bənzəməyərək, bu, hətta Senat zalında da baş vermədi. Lakin qərəzsizliyə yaxşı yanaşılmayan bir dövrdə sadə bir qərəzsizlik hissəsi olmaqla, dözümsüzlük və düşmənçilik vaxtında bu, ədalət üçün cəsarətli bir müraciət idi, ona görə də onu yada salmağa dəyər.
1946-cı ilin oktyabrında Ohayodan olan Senator Robert A.Taft Vaşinqtonda Respublikaçıların baş sözçüsü idi, milli siyasi arenada partiyasının müdafiəçisi idi, 1948-ci ildə Prezidentliyə namizəd olmalı idi. Bu elə bir vaxt idi ki, hətta Senator və xüsusən də Bob Taft kimi bu qədər çox şeyi karta qoymuş bir Senator özünün belə yüksək nüfuzuna görə bu qədər açıq danışanda dilini gözləməli idi. Partiya onun bütöv həyatı idi, Konqressin Respublikaçılarının adından danışan vaxt payızdakı seçkilərdə uğur qazanmağa bir daha yenidən yaxın idi. Konqressin hər iki palatasında partiyası üzərində nəzarəti əldə etməsi Bob Taftın nüfuzunu artırmışdı, onun Prezidentliyə namizəd göstərilməsi hüququna kömək etmişdi və atasının 1912-ci ildə bir qədər biabırçı qaydada oradan sıxışdırılıb çıxarılmasından sonra Ağ Evə zəfər çalmış kimi qayıtmasının yoluna daş döşəyəcəkdi. Və ya dövrün əksər siyasi müşahidəçilərinə belə gəlirdi ki, kim öz üzərinə Respublikaçıların liderliyini götürmüşdüsə, o, kiminsə planını pozmaq üçün heç nə deməyəcəkdi. Konqress öz sessiyasına fasilə verdikdə, irəli sürülən Demokratlara qarşı güclü bir dalğa hərəkətə gəldi, belə aydın olurdu ki, Senatora adi məsələlər barədə adi kampaniya çıxışlarından artıq heç nə lazım olmayacaqdır.
Lakin Senator Taft narahat idi – və o, narahat olanda danışmaq onun adəti idi. O, Ox (Almaniya, Yaponiya və İtaliyanın İkindi Dünya müharibəsindəki ittifaqı – tərcüməçi) liderlərinin hərbi cinayətlərinin məhkəmələrinə görə narahat idi, o vaxt bu məhkəmə Almaniyada başa çatmışdı və Yaponiyada başlanmağa yaxın idi. Nyurnberq Mühakimələrində on bir qatı natsist diqqəti cəlb edən sənədli ittiham əsasında “təcavüzkar müharibəyə başlamağa” görə təqsirkar hesab edilmişdi, bu, bütün dünyada, xüsusən də Birləşmiş Ştatlarda populyarlıq qazanmışdı. Yüksək tribunalın artıq elan etdiyi ölüm hökmü də eyni qaydada populyar idi.
Lakin bu hansı bir növ mühakimə idi? “Nə qədər çox kitab oxunsa da və yazılmış işlərin və ya qısa şərhlərin toplumunda belə, heç bir məsələ Ali Məhkəmənin hakimi Uilyam O. Duqlasın bu yaxınlarda yazdığı kimi, “hüquqşünaslar bunu nə qədər yaxşı təhlil etsələr də, nə natsistlərin mühakimə edildiyi cinayətlər, nə də qanundan kənar qaydada beynəlxalq birlik tərəfindən ölüm cəzasının verilməsi heç vaxt bizim qanun standartlarımızın tələb etdiyi definitsiyalarla cinayət kimi rəsmiləşməmişdir. Bizim standartlara görə ex post facto (latın dilində – “baş vermiş faktdan sonra” – tərcüməçi) qanunun tələbi ilə cinayət işi qaldırıla bilməz. Bunu etməklə ən sərt cəzanı tətbiq etmək olar. Lakin onların təqsiri bizə, prinsipə görə gücü tətbiq etməkdə haqq qazandırmır”.
(Ardı var)