Milyader, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili “GDS” telekanalındakı tok-şounun müəllifi və aparıcısı olacaq.
Lent.az-ın “Novosti-Qruziya”-ya istinadən məlumatına görə, bu haqda “Feysbuk” səhifəsində rəsmi bəyanat yerləşdirilib: “Biz Bidzina İvanişvilinin tok-şounun müəllifi və aparıcılarından biri olacağını təsdiqləyirik. Biz onu da təsdiqləyirik ki, hazırda ideya və layihə üzərində tamamlama işləri görülür”.
“GDS” telekanalı əyləncəli, musiqili və tanıdıcı verilişlər yayımlayar.
Bu telekanalın sərmayələrinin hamısı keçmiş baş nazirini oğlu Bera İvanişviliyə məxsusdur.