Bakıda və Abşeron yarımadasında iyulun 8-dən 9-a keçən gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Sabah günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında külək mülayimləşəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.