Prezident İlham Əliyev xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.