"Azərbaycan yeni Avropa enerji təhlükəsizliyində mühüm rol oynayacaq".
525.az xəbər verir ki, bunu Çexiyanın ticarət və sənaye naziri Jozef Sikela Bakı Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan enerji məsələlərində kifayət qədər uğurludur və bundan yaxşı istifadə edəcək: "Azərbaycanın enerji resursları öz sözünü deyəcək".
Nazir vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi qlobal enerji bazarını tamamilə dəyişib.