
İqtisadiyyat Nazirliyi və ABŞ-ın "Starwood Capital Group" şirkəti investisiya imkanlarının təşviqini müzakirə edib.
525.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.
"Starwood Capital Group" şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlix ilə qlobal iqtisadi tendensiyalar şəraitində yeni çağırışlar, investisiya-ların təşviqi üçün ölkəmizdə həyata keçirilən tədbirlər və şirkətlə əməkdaşlıq istiqamətləri barədə müzakirələr apardıq" - deyə o qeyd edib.



