
Azərbaycanda 2018-ci ildən bəri ilk dəfə bu ilin 5 ayında banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələyib.
525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
"Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45% çox olub. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8,4 %, 2023-cü ilin 5 ayında isə 5,1 % möhkəmlənib. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir", - deyə açıqlamada qeyd olunub.



