
"Azərbaycanda bank sektorunu üzrə problemli kreditlərin cari həcmi 500 milyon manatdan azdır".
525.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
O bildirib ki, problemli kreditlərin ümumi kredit portfelinə nisbəti beynəlxalq standartlara tələb etdiyi faizlər dərəcəsindən aşağıdır.
O qeyd edib ki, bank mübahisələrində mediasiyanın tətbiqi də problemli kreditlərin azalmasına təsir edib.



