
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşərək onunla Azərbaycandan Macarıstana təbii qaz tədarükünü müzakirə edib.
525.az xəbər verir ki, bunu azərbaycanlı nazir tviter hesabında bildirib.
"P.Siyarto ilə "Həmrəylik Halqası", "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" üzrə fəaliyyətimizə, ilin sonuna qədər Azərbaycandan Macarıstana qaz tədarükünə dair səmərəli müzakirələr apardıq”, - deyə o qeyd edib.



