
Bakı KOB Evində Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasına (ATMİA) üzv olan şirkətlərin təqdimatından ibarət görüş keçirilib.
ATMİA-dan 525.az-a bildirilib ki, təqdimatda Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası üzvü olan Azərbaycanın qabaqcıl tikinti materialları istehsalçıları məhsul və xidmətləri barədə məlumat veriblər.
Əsas məqsəd tikinti materialları istehsalçıları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, bazarlara çıxış imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqların qurulmasından ibarət olub. Görüşdə Norm, Mətanət A, Penetron, Evim İnşaat, RR qrup, SMTS və s. şirkətlərin təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) 2017-ci ildə yaradılıb. Assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarətdir.
Pərvanə



