
Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə xüsusi qərargah və mobil qruplar yaradılb. Bu haqda rayon İcra Hakimiyyəti Başçısı tərəfindən müvafiq sərəncam verilib.
Xüsusi qərargah və qrupların əsas vəzifəsi yerlərdə təsərrüfatların suvarma ehtiyaclarının öyrənilməsi və onların su təchizatı məsələlərinin səmərəli şəkildə həllinə nail olunmasıdır.
Artıq rayonun Xoylu, Qaradağlı, Yolqullar, Şadılı, Nizami, Dəyirmanlar, Baxçakürd, Düzqışlaq, Quşçular, Fəxralı və Alpout kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri əhatə edən mobil qrup yaradılıb və həmin kəndlərdə onun operativ müşavirələri keçirilir.
Z.Muradov



