ABŞ-da budaqlarında 40 cür meyvə yetişən ağac bitir.
Lent.az-ın analitika.az-a istinadən məlumatına görə, Nyu-York şəhərində gen mühəndisi Sam Van Axan peyvənd sayəsində bir ağacda 40 müxtəlif növ meyvə yetişdirməyə nail olub.
Sam Van Axan bütün meyvələri bir ağacda yetişdirmək qərarı verəndən sonra bu istiqamətdə işə başlayıb. Ağacın üzərində albalı, şaftalı, ərik, üzüm, gavalı kimi meyvələr yetişir.
Bu ağac çəhrayı, qırmızı və ağ rəngdə çiçək açır. Mühəndis bu məhsuldar ağacı hazırlamaqdan ötrü 5 il təcrübə aparıb.