|
|
|
|
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta yığımları 26.8% artaraq 1 mlrd. 108.2 milyon manata çatıb.
525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 24.1% artaraq 497.5 milyon manata yüksəlib.
Sığorta yığımları artım dinamikasının daha yüksək olması sığorta bazarının zərərliliyinə də təsir edib. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında sığortaçılar topladıqları hər 100 manatın 45,8 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 44,9 manata kimi azalıb.