|
|
|
|
Bu gün səhər saat 10:35-də "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri Texniki Xidmət Məntəqəsinin dam örtüyündə tüstülənmə hadisəsi baş verib.
525.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, ADY-nin yanğınsöndürmə qatarı və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb edilib. Operativ tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.