|
|
|
|
Elm və təhsil naziri Emin Əmrullayevin yanvarın 26-da Göyçay rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Nazirlikdən 525.az-a bildirilib ki, qəbul yanvarın 22-də keçiriləcək. Qəbulda Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
Sevinc Qarayeva