|
|
|
|
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun buz bağlamış hissələrinə qum-duz qarışığı səpir.
525.az-a bu barədə AAYDA-dan bildirilib.
Məlumata görə, bununla da hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur: “Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur. Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur”.