Zəngəzur dəhlizinin açılması Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyətini artıracaq.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TRT Haber”ə açıqlamasında deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizinin İran ərazisindən keçmə ehtimalı kimi alternativ də mövcuddur.
Nazir onu da əlavə edib ki, Türkiyə tərəfi Naxçıvanla Qars arasındakı 224 km-lik dəmir yolu xəttinin inşasını bitirib.