|
|
|
|

Sloveniya hökuməti Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 500 min avro yardım etmək qərarına gəlib.
525.az xəbər verir ki, Sloveniya hökumətindən verilən açıqlamada hökumətin UNRWA-ya 500 min avroluq maliyyə dəstəyi verilməsi qərarını qəbul etdiyi bildirilib.
Açıqlamada hökumətin UNRWA-ya dəstək qərarının BMT-nin baş katibi Antonio Quterreşin Qəzzada mühüm humanitar təşkilatların fəaliyyətlərinin davam etdirilməsini təmin etmək çağırışına cavab verdiyi vurğulanıb.
Məhəmməd Tağıyev



