|
|
|
|

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putini təhqir etdikdən sonra Rusiya ABŞ-ə nota verib.
525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin çıxışında Rusiya Prezidenti Vladimir Putini təhqir etməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşib.
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov verdiyi açıqlamada ABŞ-ə etiraz notası göndərdiklərini açıqlayıb və “Xarici İşlər Nazirliyi bu səhər işə başlayan kimi ABŞ Dövlət Departamentinə sərt etiraz notası göndərib. ABŞ rəhbərliyinin Rusiya Prezidentinə etdiyi təhqirlərin çirkin təbiəti və qəbuledilməz xarakteri üzə çıxıb", - deyib.
Baydenin çıxışını da tənqid edən Antonov: “Aydındır ki, kobud və söyüş xarakteri daşıyan bəyanatlar bugünkü tarixi şəraitdə dünya üçün çox zəruri olan strateji təhlükəsizliyin gücləndirilməsinə xidmət etmir”, - deyə qeyd edib.
Malik Atilay



