|
|
|
|

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərə qarşı Qırmızı dənizdə 4 "müdafiə hücumu" həyata keçirdiklərini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, CENTCOM-un açıqlamasına görə, dünən yerli vaxtla saat 00:00-18:45 arasında Sənada həyata keçirilən hücumların hədəfi husilər tərəfindən Qırmızı dənizə atılmaq üçün hazırlanan 7 gəmi əleyhinə qanadlı raket və raketatan olub.
Qeyd edək ki, eyni müddət ərzində CENTCOM müdafiə çərçivəsində bir pilotsuz uçuş aparatını da vurub.
Malik Atilay



