|
|
|
|

Burkina-Fasoda bazar günü mərasim zamanı kilsəyə edilən hücumda 15 nəfər həyatını itirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Dori Katolik Kilsəsindən verilən yazılı açıqlamaya görə, bazar günü ayin zamanı Sahel bölgəsinin Seno əyalətinin Essakane kəndində kilsə naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
Hücum nəticəsində 15 nəfər ölüb, 2 nəfər yaralanıb.
Burkina Fasoda 2015-ci ildə baş verən təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120 mini evlərinə qayıda bilib.
Qeyd edək ki, Baş nazir Apollinaire Joachimson Kyelem de Tambela ötən il etdiyi çıxışda ölkə ərazisinin 65 faizinin dövlət nəzarətində olduğunu bildirib.
Malik Atilay



