|
|
|
|

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro Luiz İnasio Lula da Silva hökumətinə qarşı çevriliş cəhdində əli olması ilə bağlı iddiaları rədd edib.
525.az xəbər verir ki, Bolsonaro minlərlə tərəfdarının iştirakı ilə San-Pauluda nümayiş keçirib. Bolsonaro nümayişdəki çıxışında 2022-ci ilin oktyabrında prezident seçkilərinin ikinci turunda Lula da Silvaya uduzduqdan sonra tərəfdarlarının çevriliş cəhdi və hökumət binalarına hücum etdiyi iddialarını qəbul etmədiyini bildirib.
Bolsonaro: "Çevriliş küçələrdə silah və sui-qəsd deməkdir. Bunların heç biri Braziliyada baş verməyib", - deyib.
Məhəmməd Tağıyev



