|
|
|
|

Nigeriya ordusu mətbuatda yer alan çevriliş cəhdi iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb.
525.az xəbər verir ki, ordudan verilən açıqlamada mətbuatda yer alan çevriliş cəhdi iddialarının əsassız olduğu bildirilib və ordunun demokratiyanı qorumaq əzmi vurğulanıb.
Yerli mətbuatda yer alan xəbərlərdə dövlət çevrilişi cəhdi iddiasından sonra prezident mühafizəçilərinin həyəcan vəziyyətində olduğu və Nigeriya prezidenti Bola Əhməd Tinubunun təcili toplantılar keçirdiyi iddia edilib.
Qeyd edək ki, 220 milyon əhalisi ilə Afrikanın ən sıx ölkəsi Nigeriyada yerli valyuta dollar qarşısında tarixinin ən aşağı səviyyəsindədir.
Məhəmməd Tağıyev



